Xocalı rayon İcra
Hakimiyyətinin başçısı Şahmar Usubovun sərəncamına əsasən, rayonumuzda olan
şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə
maraqlanılır. Müvafiq sərəncama uyğun olaraq, iyul ayının
2-də torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ilə
birlikdə şəhidlərimizin məzarları ziyarət edildi. Xocalı rayon İcra Hakimiyyəti
başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti aparatının məsul
şəxsləri, bir qrup ictimaiyyət nümayəndələri Gəncə Şəhər Şəhidlər Xiyabanında
dəfn edilmiş şəhid Məmmədov Elnur Xurşud oğlunun, Bərdə
şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı
Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov
Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn
edilmiş Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı
Əlizamin Umud oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn
edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Ağcabədi şəhər
Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün
müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun
məzarlarını ziyarət edərək, şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq
gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar oxudular.
Şəhid
ailələri ilə söhbət zamanı bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və
qanı hesabına illərdir həsrətində olduğumuz torpaqlarımız düşmən tapdağından
azad etdilər. Artıq başı uca, üzü ağ yaşayayırıq. Ömrümüzün sonuna kimi
şəhidlərimizə borcluyuq. Şəhid ailələrinə mənəvi dəstək olmaq hər
birimizin borcudur.
Sonra
tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Ceyhun
Mustafazadənin Sarıcalı kəndində ailəsinin yaşadığı evin
həyətində keçirilən qardaşı Şamonun toy mərasimində oldular. Toy mərasimində nikah bağlayan gənclərə xoşbəxtlik, ailə səadəti arzulandı. Rayon icra hakimiyətinin başçısı Şahmar
Usubovun təbrikləri çatdırıldı.
Görüşlərdə şəhid ailələri
onların problemləri ilə maraqlanan, dərdlərinə şərik olan insanlara mənəvi
dəstək olduqları üçün razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya
görə Cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.